NBA ulduzunun inanılmaz qazancı: 250 min dollar → 60 milyon dollar

NBA ulduzunun inanılmaz qazancı: 250 min dollar → 60 milyon dollar
28.08.2026 08:10 İdman

NBA-in “Hyuston Rokets” komandasının ulduz basketbolçusu Kevin Durant və onun biznes tərəfdaşı Riç Klayman süni intellekt sahəsində fəaliyyət göstərən “Hugging Face” şirkətinə erkən mərhələdə etdikləri investisiyadan böyük gəlir əldə ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə Şimali amerikalı jurnalist Co Pompliano “X” sosial şəbəkəsində məlumat yayıb.

Durant və Klayman 2018-ci ildə startapın Seed mərhələsində 100 min dollar, 2019-cu ildə isə Series A mərhələsində 150 min dollar olmaqla, ümumilikdə 250 min dollar sərmayə yatırıb.

“Nvidia” şirkətinin “Hugging Face”i 12,9 milyard dollara almasının ardından onların investisiyasının dəyəri təxminən 60 milyon dollara yüksəlib. Beləliklə, ilkin sərmayə təxminən 240 dəfə artıb.

Bu məbləğ Durantın 2026/2027-ci illər mövsümündə NBA-dan qazanacağı 43,9 milyon dollarlıq maaşı da üstələyir.

2016-cı ildə çat-bot layihəsi kimi yaradılan “Hugging Face” sonradan süni intellekt modelləri üçün dünyanın ən böyük açıq platformalarından birinə çevrilib. Platformada hazırda 3 milyondan çox açıq model və 1 milyondan çox məlumat dəsti yerləşdirilir. Onun ekosistemindən dünya üzrə təxminən 13 milyon tərtibatçı istifadə edir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 AVQUST 2026
Bütün Xəbərlər