Musayev keçmiş klubunu unutmadı – “Sabah”a uğur arzusu!

Musayev keçmiş klubunu unutmadı – “Sabah”a uğur arzusu!
27.08.2026 16:24 İdman

“Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayev UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlmələri münasibətilə Rusiyadan aldığı təbriklərdən danışıb.

TodayPress TV xəbər verir ki, o, bu barədə “Çempionat”a açıqlama verib.

İsayevin sözlərinə görə, onu və komanda yoldaşlarını Rusiyadan “Krasnodar”ın baş məşqçisi Murad Musayev və Moskva “Dinamo”sunun qapıçısı Andrey Lunyov təbrik edib.

“Mənə Murad Oleqoviç Musayev və Andryuxa Lunyov təbriklərini çatdırdılar. “Zenit”də Andrey ilə bir komandada oynaya bilməsək də, “Qarabağ”da keçirdiyimiz yarım il ərzində yaxşı dostlaşdıq. Murad Oleqoviç əsas mərhələdə uğurlar arzuladı və bütün tanışlara salam göndərdi.

Musayevi “Sabah”da hamı sevir və qiymətləndirir. Mən də bir daha ona futbolçu və insan kimi inkişafımda göstərdiyi xidmətə görə təşəkkür etdim”, – deyə İsayev bildirib.

Qeyd edək ki, Murad Musayev 2021-2024-cü illərdə “Sabah”a rəhbərlik edib. Andrey Lunyov isə İsayevlə 2023/2024-cü illər mövsümündə “Qarabağ”da birgə çıxış edib.

“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda İsrailin “Hapoel” (Beer-Şeva) klubunu əlavə vaxtda 5:2 hesabı ilə məğlub edərək tarixində ilk dəfə turnirin əsas mərhələsinə vəsiqə qazanıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
27 AVQUST 2026
Bütün Xəbərlər