Mourinyo hakimlərə səsləndi: Vinisiusu təxribatlardan qoruyun!

Mourinyo hakimlərə səsləndi: Vinisiusu təxribatlardan qoruyun!
26.08.2026 10:29 İdman

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo hücumçu Vinisius Juniorla bağlı hakimlərin fəaliyyətinə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, Mourinyo Vinisiusun meydanda rəqib futbolçuların təxribatlarına məruz qaldığı epizodlarda hakimlərin daha fəal mövqe tutmalı olduğunu deyib.

“Burada meydanda və meydandan kənarda baş verən vəziyyətlər var. Azarkeşlərin reaksiyasına gəlincə, mən irqçilik və ya homofobiyadan deyil, adi azarkeşlərin təhqirlərindən danışıram. Düşünürəm ki, Vinisius rəqib azarkeşlərlə münasibətlərini daha yaxşı idarə edə bilər.

Amma oyun zamanı baş verənlər – zərbələr, qayda pozuntuları, penaltilər və getdikcə qıcıqlanmanı artıran digər epizodlar – hakimin məsuliyyətidir. Mən oyuna başlayıb zərbə alsam, xarakterimə görə, bəlkə də bir dəqiqə sonra qırmızı vərəqə alardım.

Məhz hakim meydanda bütün futbolçuların və oyunun yanında olmalı, onları qorumalıdır. Bu baxımdan Vinisiusa kömək etməyin çox çətin olduğunu düşünürəm. Lakin onun səfər oyunlarında azarkeşlərlə münasibətləri üzərində işləyə bilərik”, – Mourinyo klubun rəsmi saytına açıqlamasında bildirib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
26 AVQUST 2026
Bütün Xəbərlər