Monzada Şumaxer izi: “Ferrari” pilotları xüsusi kombinezonla yarışacaq

Monzada Şumaxer izi: “Ferrari” pilotları xüsusi kombinezonla yarışacaq
28.08.2026 16:40 İdman

“Ferrari” “Formula-1” üzrə yeddiqat dünya çempionu Lyuis Hemilton və onun komanda yoldaşı Şarl Leklerin İtaliya Qran-prisində geyinəcəyi xüsusi yarış kombinezonlarını təqdim edib.

TodayPress TV xəbər verir ki, xüsusi dizayn yeddiqat dünya çempionu Mixael Şumaxerin şərəfinə hazırlanıb.

Kombinezonlar əsasən qırmızı rəngdədir və Şumaxerin dəbilqələrinin dizaynında istifadə etdiyi yeddi ulduzla bəzədilib. “Ferrari”nin almaniyalı pilotun şərəfinə SF-26 bolidi üçün xüsusi rəng sxemi də təqdim edəcəyi gözlənilir.

Xatırladaq ki, Şumaxer 1996-2006-cı illərdə “Ferrari”nin heyətində çıxış edib. Almaniyalı pilot 2000-2004-cü illərdə ardıcıl beş dəfə dünya çempionu olub.

2026-cı ildə Monzada keçiriləcək İtaliya Qran-prisi Şumaxerin “Ferrari” ilə ilk qələbəsinin (1996) 30-cu, “Formula-1”də sonuncu qələbəsinin (2006) isə 20-ci ildönümünə təsadüf edəcək.

Şumaxer İtaliya Qran-prisini karyerası ərzində ümumilikdə beş dəfə qazanıb.

Namiq HUN

TodayPress TV

FOTOLAR

Monzada Şumaxer izi: “Ferrari” pilotları xüsusi kombinezonla yarışacaq — 1
Monzada Şumaxer izi: “Ferrari” pilotları xüsusi kombinezonla yarışacaq — 2
Monzada Şumaxer izi: “Ferrari” pilotları xüsusi kombinezonla yarışacaq — 3
Monzada Şumaxer izi: “Ferrari” pilotları xüsusi kombinezonla yarışacaq — 4
XƏBƏR LENTİ
28 AVQUST 2026
Bütün Xəbərlər