Millinin Bakı toplantısı
Futbol üzrə Azərbaycan yığma komandası təlim-məşq toplanışına başlayıb.
TodayPress TV xəbər verir ki, millimiz Neftçi Futbol Mərkəzində ilk məşqinə çıxıb.
Heyətdə legioner həyatı yaşayan Renat Dadaşov yer almayıb. “Qarabağ” və “Sabah”ın futbolçuları isə mayın 31-də keçiriləcək Azərbaycan kubokunun final oyunundan sonra kollektivə qoşulacaqlar.
Qeyd edək ki, millimiz toplanış çərçivəsində iyunun 7-də Riqadakı “Skonto” stadionunda Latviya, üç gün sonra “Liv Bona Dea Arena”da Macarıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək.
Namiq HUN
tag: Azərbaycan,Milli,Komanda,Məşq,Todaypress.tv,





