Gyökereş yay toplanışına qayıtmaqdan imtina etdi

İdman

30.06.2025 12:28

“Sportinq”in hücumçusu Viktor Gyökereş yeni mövsümə hazırlıq məqsədilə klubun yay toplanışına qoşulmaqdan imtina edib. 

TodayPress TV xəbər verir ki, bu barədə Portuqaliyanın “Record” nəşri məlumat yayıb.

Bildirilir ki, İsveç millisinin üzvü artıq klub rəhbərliyini qərarı barədə məlumatlandırıb. Futbolçunun bu addımı “Sportinq” rəhbərliyinin ötən il əldə olunmuş razılaşmanı pozduğunu düşünməsi ilə əlaqələndirilir. Həmin razılaşmaya əsasən, Gyökereş yay transfer pəncərəsində klubdan ayrılmaq hüququna malik olmalı idi.

Qeyd edək ki, futbolçu klubun mövqeyindən narazıdır və artıq “Sportinq”in formasında meydana çıxmaq istəmir. O, mövcud vəziyyətdən yorulduğunu bildirib.

Xatırladaq ki, “Sportinq”in prezidenti Frederiku Varandaş daha əvvəl bəyan edib ki, Viktor Gyökereş yalnız 60 milyon əsas və 10 milyon avro bonus qarşılığında transfer edilə bilməz.

Namiq HUN

tag: Gyökreş ,Sportinq, Klub, Toplanış, todaypress.tv,