Milli komandamızın hücumçusu Ukrayna klubunu seçdi: Rəsmi imza gözlənilir!

Milli komandamızın hücumçusu Ukrayna klubunu seçdi: Rəsmi imza gözlənilir!
04.09.2026 15:14 İdman

Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşov karyerasını Ukraynada davam etdirə bilər.

TodayPress TV "azertag.az"a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu "Bukovina" klubu ilə razılıq əldə edib. 

Təcrübəli forvardın yaxın günlərdə yeni komandası ilə rəsmi müqavilə imzalayacağı gözlənilir. Transferin detalları və müqavilənin şərtləri hələlik açıqlanmayıb.

Qeyd edək ki, "Bukovina" cari mövsümdə Ukrayna Premyer Liqasında mübarizə aparır və hazırda 5 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
04 SENTYABR 2026
Bütün Xəbərlər