Messi oyunda zədələndi
Amerikanın "İnter Mayami" futbol klubunun argentinalı hücumçusu Lionel Messi Liqa Kubokunun Meksikanın "Nekaks" komandası ilə ev oyununda zədələnib.
TodayPress TV xəbər verir ki, argentinalı ayağından zədə alıb və matçın 11-ci dəqiqəsində əvəzlənib.
Matçdan sonra "İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano Messinin bud nahiyəsində diskomfort hiss etdiyini bildirib. Zədənin dəqiq xarakteri daha sonra məlum olacaq.