Messi: “Busketslə futbol oynamaq böyük şərəf idi”
İdman
27.09.2025 10:17
Lionel Messi, Serxio Busketsin karyerasını bitirmək qərarına emosional reaksiya verib.
TodayPress TV xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
Argentina millisinin hücumçusu və ABŞ-nin “İnter Mayami” klubunun kapitanı Lionel Messi, komanda yoldaşı, ispan yarımmüdafiəçi Serxio Busketsin mövsümün sonunda karyerasını başa vurmaq qərarına münasibət bildirib.
“Demək olar ki, əvvəldən axıra qədər bir yerdə olduq… Sənin futbolundan zövq almaq böyük şərəf idi, Busi. Hələ bir az vaxtımız qalıb”, – deyə Messi yazıb.
Xatırladaq ki, Messi və Buskets “Barselona”nın gənclər və əsas komandasında 13 mövsüm, “İnter Mayami”də isə bir mövsüm birgə çıxış ediblər.
Buskets dünya futbolu tarixinin ən titullu oyunçularından biridir. Onun aktivində 30-dan çox kubok var.
Namiq HUN
tag: İnter Mayami,Lionel Messi,Buskets,Karyera,Todaypress.tv,
