Məşhur klubun sahiblərinə cinayət işi açıldı

İdman

21.06.2025 11:24

“Torpedo Moskva” futbol klubunun sahibi Leonid Sobolev və direktoru Valeri Skorodumov hakim Maksim Perezvaya Birinci Liqanın üç oyununda komandanın qələbəsi üçün 6 milyon rubl və bonuslar vəd ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə “Gazeta.ru” insayder İvan Karpova istinadən məlumat yayıb.

Oyunlar “Rodina”, “Şinnik” və “Ural” komandalarına qarşı olub. Hakim təklifi alan kimi hüquq-mühafizə orqanlarına şikayət edib. 

“Torpedo Moskva” klubunun rəhbərliyinə qarşı Cinayət Məcəlləsinin 184-cü maddəsinin 2-ci hissəsi (“Rəsmi idman yarışının nəticəsinə qanunsuz təsir”) ilə cinayət işi açılıb. Onları 7 ilə qədər həbs gözləyir.

Qeyd edək ki, 2024/25 mövsümünün yekununa görə, “Torpedo” Birinci Liqada 2-ci yeri tutub  və Premyer Liqaya yüksəlib.

Namiq HUN

tag: Klub,Hakim,Rüşvət,Cinayət,Todaypress.tv,