Məhəmmədəli Osmanlı UFC arzusu uğrunda final döyüşünə çıxacaq!

Məhəmmədəli Osmanlı UFC arzusu uğrunda final döyüşünə çıxacaq!
26.08.2026 10:54 İdman

Azərbaycanlı MMA döyüşçüsü Məhəmmədəli Osmanlı UFC-yə vəsiqə verən The Ultimate Fighter (TUF) realiti şousunun finalına yüksəlib.

TodayPress TV xəbər verir ki, ən yüngül çəki dərəcəsində mübarizə aparan və “Makqreqor” ləqəbi ilə tanınan Məhəmmədəli yarımfinal mərhələsində amerikalı Kristian Stronqla qarşılaşıb.

Azərbaycanlı döyüşçü ikinci raundda rəqibini “Buggy Choke” boğma fəndi ilə məğlub edərək finala vəsiqə qazanıb.

Məhəmmədəli Osmanlı finalda qırğızıstanlı İlimbek Akılbeklə üz-üzə gələcək.

Qeyd edək ki, UFC-yə vəsiqə verəcək final döyüşü sentyabrın 26-da keçiriləcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
26 AVQUST 2026
Bütün Xəbərlər