MDB Oyunlarının növbəti günü 7 idman növündə yarışlar baş tutacaq

İdman

30.09.2025 09:25

III MDB Oyunlarının iştirakçıları bu gün 7 idman növündə qüvvələrini sınayacaqlar. 

TodayPress TV xəbər verir ki, multi-idman oyunlarının paytaxtı olan  Gəncə şəhərinin İdman Sarayında üzgüçülər müxtəlif üsullar üzrə qalib və mükafatçıları müəyyən edəcəklər. 

Bu gün həmçinin şəhərdə voleybol yarışının təsnifat mərhələsinin görüşləri baş tutacaq. Azərbaycanın U-15 (qadın) millisi Qırğızıstan komandası ilə qarşılaşacaq. 

Şəkidə çövkən yarışının təsnifat mərhələsinin matçları keçiriləcək. A qrupunda yer alan Azərbaycan millisi Küveyt komandası ilə qarşılşacaq.

Qəbələ Atıcılıq Klubunda stend atıcılığı üzrə təsnifat və final yarışları baş tutacaq. Badmintonçular isə qarışıq komanda növündə mübarizəyə start verəcəklər.

Yevlaxda boksçuların təsnifat mərhələsinin döyüşləri keçiriləcək.

Mingəçevir şəhərində isə taekvondo yarışında növbəti qaliblərin adlarına aydınlıq gələcək.

Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq. Yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. 

Namiq HUN

TodayPress TV

tag: III,MDB,Oyunları,Ölkə,Todaypress.tv,