MDB Oyunları: Azərbaycanın qadın boksçuları 9 medal qazandılar
İdman
04.10.2025 17:29
Qadın boksçular arasında III MDB Oyunları çərçivəsində Yevlax Olimpiya İdman Kompleksində final görüşləri keçirilib.
TodayPress TV xəbər verir ki, Oyunların qızıl medalını komandamıza həlledici görüşdə rusiyalı Darya Qavrinayaya qalib gələn Gülər Hüseynova (48 kq) qazandırıb.
Milli üzvlərindən Aysel Fərəcova (46 kq), Əminə Tağı (50 kq), Cəmilə Muradlı (54 kq), Aynur İsmayılova (60 kq) və Fidan Bakarova (63 kq) finalda rəqiblərinə uduzaraq ikinci yerlə kifayətləniblər.
Aylin Nəzərova (46 kq), Zəhra Məmmədova (52 kq) və Mirrüqeyya Azərpur (57 kq) isə Oyunların bürünc medallarına sahib çıxıblar.
Nəticədə qadın boksçularımız III MDB Oyunlarını 1 qızıl, 5 gümüş və 3 bürünc medalla başa vurublar.
Qeyd edək ki, multi-idman oyunlarında boks yarışları oktyabrın 5-də yekunlaşacaq.
Namiq HUN
tag: III,MDB,Oyunları,Ölkə,Todaypress.tv,
