Martinellidən Səudiyyə Ərəbistanına transferə yaşıl işıq!
“Arsenal”ın vingeri Qabriel Martinelli Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçməyə razılıq verib.
TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Bildirilir ki, transferin dəyəri 65 milyon avrodan çox olacaq.
Martinellinin “Arsenal”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Sənəddə müqavilənin daha bir mövsüm uzadılması ilə bağlı bənd də yer alır.
Qeyd edək ki, 25 yaşlı futbolçu 2019-cu ildən London klubunda çıxış edir. O, bu müddətdə bütün turnirlərdə 296 matçda iştirak edib, 68 qol vurub və 38 məhsuldar ötürmə verib.
“Transfermarkt” portalında Martinellinin hazırkı bazar dəyəri 45 milyon avro qiymətləndirilir.
Namiq HUN