Mark Koma: “Alonso “Dakar”a geri dönməyi planlaşdırır”
İdman
10.06.2025 13:13
Fernando Alonso Formula 1-dən sonra “Dakar”da çıxış edə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə La Gazzetta delo Sport nəşri məlumat yayıb.
İspaniyalı motobayker Mark Koma həmyerlisi Fernando Alonsonun “Formula-1”dən ayrıldıqdan sonra karyerasını məşhur “Dakar” ralli-marafonunda davam etdirəcəyini bildirib.
Onlar daha əvvəl də bu yarışda birlikdə çıxış ediblər.
“Formula-1”dəki fəslini bitirdikdən sonra geri dönməyi planlaşdırır”, – deyə Koma deyib.
Qeyd edək ki, hazırda Fernando Alonso “Aston Martin” komandasında çıxış edir. Onun Böyük Britaniya komandası ilə müqaviləsi 2026-cı ilin sonuna qədər qüvvədədir.
43 yaşlı pilot cari mövsüm “Formula-1” pilotlarının ümumi sıralamasında 18-ci yerdədir və aktivində cəmi 2 xal var.
Namiq HUN
tag: Formula 1,Fernando Alonso,Dakar,Yarış,Todaypress.tv,