Maliyyə şərti Husanovu futbola həsrət qoydu - YENİLƏNDİ
İdman
31.05.2025 15:40
“Mançester Siti” klubunun özbək müdafiəçisi Abdukodir Husanov mövsümün sonuna yaxın uzun müddət əsas heyətdə görünməyib.
TodayPress TV Aladop.kz portalına istinadən xəbər verir ki, “Mançester Siti” ilə Fransanın “Lans" klubu arasında bağlanmış müqavilədə xüsusi bənd yer alıb.
Həmin şərtə əsasən, əgər Husanov cari mövsümdə 10-dan çox oyunda meydana çıxsaydı, “şəhərlilər” əlavə olaraq “Lans”a 5 milyon avro ödəməli olacaqdılar. Bu səbəbdən, müdafiəçinin Premyer Liqadakı çıxışları 9 oyunla məhdudlaşıb.
Qeyd edək ki, özbək müdafiəçi Abdukodir Husanov 29 fevral 2004-cü ildə Daşkənddə anadan olub. Onun “Mançester Siti”yə keçidi məhz “Lans” klubundakı baxımlı oyunu sayəsində baş tutub.
Gənc futbolçunun “Lans” karyerasına gəlincə, 2023-cü ilin iyul ayında Husanovun Lans təmsilçisinə keçidi ilə bağlı xəbərlər yayılıb. O, 21 iyulda dördillik müqavilə imzalayaraq rəsmi şəkildə komandaya qoşulub.
Abdukodir UEFA Çempionlar Liqasında debütünü noyabrın 29-da “Arsenal”a qarşı keçirib. Qrup mərhələsində komanda 3-cü yeri tutaraq UEFA Avropa Liqasının pley-off mərhələsinə keçib. Husanov komandası “Frayburq”a məğlub olduğundan Avropa mövsümünə erkən vida etməli olub.
Yeni mövsümə 18 avqust 2024-cü ildə “Anje”yə qarşı oyunla start verən Abdukodir tezliklə “Lans”ın əsas heyətinin dəyişməz üzvünə çevrilib. İngiltərənin “Tottenhem”, “Çelsi” və “Nyukasl”, həmçinin PSJ klubu onunla maraqlanmağa başlayıblar. O, 22 dekabr 2024-cü ildə PSJ-yə qarşı Fransa Kuboku matçında ilk qolunu vurub və mövsümün sonunda “Lans”ın ən yaxşı futbolçusu seçilib.
2025-ci ilin yanvarında isə Husanovun “Lans”dan “Mançester Siti”yə tarixi keçidi baş tutub. “Şəhərlilər”ə 40 milyon avroya transfer olunan Abdukodir klubla 2029-cu ilə qədər müqavilə imzalayıb. Bu keçidlə o, həm “Mançester Siti”nin, həm də İngiltərə Premyer Liqasının tarixində ilk özbək futbolçu olub.
Husanov 8 fevralda “Siti”nin heyətində İngiltərə Kubokunun 1/16 finalında “Leyton Orient”ə qarşı oyunda ilk qolunu vurub və azarkeşlərin səsverməsi ilə klubun “ayın futbolçusu” seçilib. Onun oyunu və müdafiədəki bacarığı səbəbindən azarkeşlər ona "Üzbəkkenbauer" ləqəbini veriblər – bu, əfsanəvi Frants Bekkenbauerə işarədir.
Namiq HUN
***
10:00
“Mançester Siti” klubunun özbək müdafiəçisi Abdukodir Husanov mövsümün sonuna yaxın uzun müddət əsas heyətdə görünməyib.
TodayPress TV Aladop.kz portalına istinadən xəbər verir ki, “Mançester Siti” ilə Fransanın “Lans" klubu arasında bağlanmış müqavilədə xüsusi bənd yer alıb.
Həmin şərtə əsasən, əgər Husanov cari mövsümdə 10-dan çox oyunda meydana çıxsaydı, “şəhərlilər” əlavə olaraq “Lans”a 5 milyon avro ödəməli olacaqdılar. Bu səbəbdən, müdafiəçinin Premyer Liqadakı çıxışları 9 oyunla məhdudlaşıb.
Qeyd edək ki, Abdukodir Husanov “Mançester Siti”yə 2025-ci ilin yanvarında keçib. O, bu müddət ərzində komandanın heyətində 9 oyuna çıxaraq 1 qol vurmağa nail olub.
Namiq HUN
tag: Futbol,Klub,Maliyyə,Futbolçu,Todaypress.tv,