Cüdo millisindən iki medal şansı - YENİLƏNDİ

İdman

27.08.2025 16:55

Azərbaycanın iki yeniyetmə cüdoçusu Sofiyanın paytaxtı Bolqarıstanda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxacaq. 

TodayPress TV xəbər verir, Anar Quliyevlə (50 kq) yanaşı, Məhəmmədəli Hüsiyev (55 kq) də üçüncü yer uğrunda yarışacaq.

Hüsiyev yarımfinalda İtaliya təmsilçisinə uduzub.

***

16:20

Yeniyetmə cüdoçuların Bolqarıstanda keçirilən Dünya çempionatında idmançımızın biri yarımfinala yüksəlib, digəri isə bürünc medal uğrunda görüşə çıxacaq.

TodayPress TV xəbər verir ki, cüdoçu Məhəmmədəli Hüsiyev (55 kq) Sofiyada təşkil olunan mundialda yarımfinal mərhələsinə yüksəlib.

O, 1/4 final mərhələsində da İsrail cüdoçusu Tom Dubrovskini üstələyib. 

Onun komanda yoldaşı Anar Quliyev (50 kq) isə 1/4 finalda uduzduğuna görə təsəlliverici görüşə çıxıb. Rəqibinə qalib gələn Quliyev bürünc medal uğrunda yarışacaq.

Qeyd edək ki, dünya çempionatında fərdi müvarizə avqustun 30-da bitəcək.

Namiq HUN

tag: Cüdo,Azərbaycan,Medal,Şans,Todaypress.tv,