İlin ən yaxşıları mükafatlarına sahib çıxdılar

İdman

23.09.2025 02:56

"Barselona"nın hücumçusu Eva Payor və Viktor Gyökereş ("Sportinq"/"Arsenal") Herd Müller kubokuna layiq görülüblər.

TodayPress TV xəbər verir ki, Herd Müller kubokunu (kişi və qadın futbolunda ən yaxşı bombardir üçün) Luiş Fiqu təqdim edib.

Lamin Yamal "France Football" tərəfindən dünyanın ən yaxşı gənc oyunçusu seçilib.

 O, ikinci dəfə bu titula layiq görülüb.

"Barselona" klubunun üzvü 21 yaşadək ən yaxşı gənc futbolçuya verilən "Raymond Kopa" mükafatını qazanıb.

“PSJ” klubunun baş məşqçisi Luis Enrike dünyanın ən yaxşı məşqçisi mükafatına layiq görülüb. İspan mütəxəssisin komandası hazırda Çempionlar Liqasının qalibidir. 

PSJ klubu da mövsümün ən yaxşı klubu seçilib. Paris təmsilçisi 2025-ci ildə UEFA Çempionlar Liqasını qazanıb.

Finalda parislilər "İnter"i darmadağın ediblər - 5:0.

PSJ klubunun futbolçusu  Usman Dembele "Qızıl top" mükafatına layiq görülüb. Mükafatı ona braziliyalı ulduz Ronaldinyo təqdim edib.

TodayPress TV

tag: Barselona,Eva Payor,France Football,UEFA,todaypress.tv,