İqnasio Baxamondes: “Fiziyev top səviyyəli olsa da, mən daha güclüyəm”
İdman
18.06.2025 13:06
“Döyüşlərinə baxmışam, onunla görüşəcəyim üçün xoşbəxtəm".
TodayPress TV xəbər verir ki, bunu çilili UFC döyüşçüsü İqnasio Baxamondes Bakıda keçiriləcək turnirdən öncə təşkil olunan mətbuat konfransında deyib:
“Hər ikimiz ayaqüstə döyüşürük. Məncə, bizi çox maraqlı görüş gözləyir. Ucaboy olduğumdan, oktaqonun mərkəzində gözləyəcəyəm ki, döyüş ayaqüstə keçsin. Rəqibimin zəif cəhətləri barədə danışmayacağam. O, top səviyyəli döyüşçüdür. Amma özümü daha güclü sanıram. Bütün raundlarda dominantlıq etmək istəyirəm. Fiziyev öz vətənində döyüşəcək. O, qələbəyə acdır. Bakıda Rafaelin ən yaxşı formasını görəcəyik. Döyüşün ağır keçəcəyini gözləyirəm”.
Qeyd edək ki, İqnasio Baxamondes yüngül çəki dərəcəsində azərbaycanlı Rafael Fiziyevlə qarşılaşacaq. Bakı Kristal Zalında baş tutacaq turnir iyunun 21-də keçiriləcək.
Namiq HUN
tag: UFC,Görüş,Döyüş,Rəqib,Todaypress.tv,