“Lyuboten” Ermənistan klubunu darmadağın etdi
Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Milana Rəhimovanın formasını geyindiyi Şimali Makedoniyanın “Lyuboten” klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksəlib.
TodayPress TV xəbər verir ki, Rəhimovanın komandası I təsnifat mərhələsinin final oyununda Ermənistan təmsilçisi “Pünik”lə qarşılaşıb.
Matç “Lyuboten”nin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hava Mustafanın pokerə imza atdığı Skopyedəki görüşdə meydana start heyətində daxil olan Rəhimova 90 dəqiqəni əvəz edilmədən keçirib.