LeBron Ceymsin qərar verdi

İdman

18.06.2025 12:22

“Los Anceles Leykers” basketbol klubunun hücumçusu və lideri LeBron Ceyms Los-Anceles şəhərində keçiriləcək 2028-ci il Olimpiadasında Amerika Birləşmiş Ştatlarının milli komandasının heyətində çıxış etmək ehtimalını şərh edib.

TodayPress TV xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb. 

"Əsasən, heç nə dəyişməyib. İndi vəziyyətə nəzər salsanız, mən deyərdim: ABŞ yığmasını həmişəlik dəstəkləməyə hazıram. Amma basketbolçu karyeramı davam etdirməyə gəlincə, bunun mümkün olduğunu düşünmürəm. Mən əlimdən gələni etmişəm və ABŞ komandasına və Amerika basketboluna həmişə minnətdar, sadiq qalacağam", - LeBron Ceyms bildirib. 

Qeyd edək ki, LeBron Ceyms dördqat NBA və üçqat Olimpiya çempionudur. Son mövsüm 40 yaşlı basketbolçunun karyerasında 22-ci olub. O, növbəti mövsümdə meydana çıxsa, nəzəri olaraq 23-cü mövsümünü oynayaraq yeni liqa rekordu müəyyən edəcək.

Namiq HUN

tag: Lebron Ceyms, ABŞ, Basketbol,NBA,Todaypress.tv,