“Tottenhem” Tomas Frankla anlaşdı
İdman
13.06.2025 09:31
“Tottenhem” klubu yeni baş məşqçisini açıqlayıb.
TodayPress TV klubun rəsmi saytına istinadən xəbər verir ki, danimarkalı mütəxəssis Tomas Frank London təmsilçisinin sükanı arxasına keçib.
51 yaşlı çalışdırıcı ilə 2028-ci ilə qədər müqavilə imzalanıb.
“Tottenhem” klubunun rəhbərliyi yeni təyinatla bağlı açıqlamasında bildirib:
“Tomas Frank kimi futbolun müasir düşüncəli məşqçilərindən birini komandamıza gətirdiyimiz üçün çox sevincliyik. O, oyunçuların inkişafı və komanda quruculuğu sahəsində uğurlu təcrübəyə sahibdir. Onunla qarşıdakı mövsümdə işə başlamağı səbirsizliklə gözləyirik”.
Xatırladaq ki, Tomas Frank 2018-ci ilin oktyabrından bəri “Brentford” klubuna rəhbərlik edirdi. “Tottenhem” məşqçinin transferi üçün “Brentford” klubuna təxminən 12 milyon avro təzminat ödəyib.
Namiq HUN
tag: Tottenhem,Klub,Müqavilə,Transfer,Todaypress.tv,