Klublararası DÇ: Sanbaçılar PSJ-ni büdrətdi

İdman

20.06.2025 09:27

Klublararası dünya çempionatına “Atletiko Madrid” (4:0) darmadağını ilə başlayan PSJ klubu B qrupunun II turunda “Botafogo”ya məğlub olub. 

TodayPress TV xəbər verir ki, gözlənilməz nəticə Pasadena şəhərinin “Rose Bowl” stadionunda qeydə alınıb. 

B qrupunun lideri PSJ Braziliyanın “Botafogo” klubuna 0:1 hesabı ilə uduzub. Yeganə qolu 36-cı dəqiqədə “Botafogo”nun hücumçusu İqor Jezuz vurub. 

Qrupun digər oyununda “Sietl Sounders” Madrid “Atletiko”su ilə qarşılaşıb. Sietl şəhərindəki “Lumen Field” stadionunda baş tutan oyun “Atletiko”nun 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

“Hindular”ın heyətində Pablo Barrios dubl edərək oyunun əsas qəhrəmanlarından biri olub. Daha bir qola isə belçikalı Aksel Vitsel vurub. 

Qeyd edək ki, “Botafogo” 6 xalla B qrupunun vahid lideridir. Aktivində 3 xalı olan PSJ ikinci pillədə qərarlaşıb. Eyni xala malik “Atletiko” isə ilk üçlüyü təşkil edir. ABŞ təmsilçisi “Sietl Sounders” isə 0 xalla sondan birincidir. 

Namiq HUN

tag: PSJ,Botafago,Klub,Qol,todaypress.tv,