Klublararası DÇ: “Real” “Əl-Hilal”la bacarmadı
İdman
19.06.2025 09:10
İspaniya nəhəngi “Real” klublararası dünya çempionatında ilk oyununa çıxıb.
TodayPress TV xəbər verir ki, Madrid təmsilçisi “Hard Rock” stadionunda Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə qarşılaşıb.
“Kral klubu” yeni baş məşqçisi Xabi Alonsonun rəhbərliyi altında çıxdığı ilk matçda rəqibi ilə xal bölgüsünə razılaşıb 1:1.
Avropalılar Torresin qolu ilə hesabda irəli çıxsalarda, ərəblər Neveslə fasiləyə kimi oyunda status-kvonu bərpa ediblər. İkinci hissədə “Real” oyunda hücumlarının sayını artırıb və komanda hətta qələbə qazanmağa yaxın olub. Amma Federiko Valverde penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
H qrupunun digər oyununda Avstriyanın “Leypsiq” klubu Meksika “Paçuka”sına 2:1 hesabı ilə qalib gəlib.
Namiq HUN
tag: Madrid ,İspaniya,“Real”, “Əl-Hilal” ,Todaypress.tv,