"Sabah" Valdas Dambrauskasla anlaşdı

İdman

20.06.2025 14:38

“Sabah” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

TodayPress TV xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Litvalı mütəxəssis Valdas Dambrauskasla 3 illik müqavilə bağlanıb.

O, baş məşqçi karyerası ərzində Litvanın “Ekranas” (2013-2014), “Jalgiris” (2014-2017), Latviyanın RFS (2017-2020), Xorvatiyanın “Qoritsa” (2020-2021), “Hayduk” (2021-2022), Bolqarıstanın “Ludoqorets” (2021), Yunanıstanın “OFİ Krete” (2022-2023) və Macarıstanın “Dyoşdyor” (2025) klublarında çalışıb.

Qeyd edək ki, Valdas Dambrauskas baş məşqçi kimi 1 dəfə Bolqarıstan çempionu (2020/2021), 2 dəfə Litva çempionu (2014/2015, 2015/2016), 1 dəfə Latviya Kubokunun (2018/2019), 3 dəfə Litva Kubokunun (2014/2015, 2015/2016, 2016/2017), 1 dəfə Xorvatiya Kubokunun (2021/2022), 2 dəfə Litva Superkubokunun (2015/2016, 2016/2017), 1 dəfə isə Bolqarıstan Superkubokunun (2021/2022) qalibi olub.

Namiq HUN

tag: Sabah,Klub,Məşqçi,Müqavilə,todaypress.tv,