IJF dünya çempionatının tarixini dəyişdi
İdman
24.10.2025 13:40
Beynəlxalq Cüdo Federasiyasının (IJF) qərarına əsasən, 2026-cı ildə Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatının tarixi dəyişdirilib.
TodayPress TV xəbər verir ki, yeni qərara əsasən, mundial 4–11 oktyabr 2026-cı il tarixlərində baş tutacaq.
Bildirilir ki, turnirin tarixinin dəyişdirilməsində məqsəd mötəbər yarışın digər beynəlxalq idman tədbirləri ilə eyni vaxta təsadüf etməməsi və dünya çempionatının televiziya yayımının daha geniş auditoriyaya çatdırılmasının təmin edilməsidir.
Qeyd edək ki, dünya çempionatında fərdi mübarizələr 4–10 oktyabr tarixlərində, qarışıq komanda yarışları isə 11 oktyabrda keçiriləcək.
Xatırladaq ki, Bakı bu nüfuzlu yarışa ikinci dəfə ev sahibliyi edəcək. Paytaxtda ilk dəfə cüdo üzrə dünya çempionatı 2018-ci ildə təşkil olunub.
Namiq HUN
tag: Beynəlxalq Cüdo Federasiyası,Bakı ,Turnir,IJF,Todaypress.tv,
