Luis Enrike: “Bəzən qərarlar çətin olur”

İdman

13.08.2025 09:07

PSJ klubunun baş məşqçisi Luis Enrike, italiyalı qapıçı Canluici Donnarummanı UEFA Superkubokunun “Tottenhem”lə oyununun iştirak ərizəsindən çıxarmaq qərarına münasibət bildirib.

TodayPress TV xəbər verir ki, Donnarumma Paris təmsilçisindən ayrıldığını açıqlayıb.

“Komandanı yaxşılaşdırmaq mənim əsas məqsədimdir. Bəzən qərarlar çətin olur. Donnarumma haqqında yalnız müsbət sözlər deyə bilərəm: o, şübhəsiz ki, öz mövqeyində ən güclülərdən biridir və insan kimi də yalnız hörmət doğurur. Təkrar edirəm — belə qərarlar hər zaman asan olmur. Bütün tərəflər üçün ən yaxşı həll yolunu tapmaq lazım idi”, — deyə Enrike bildirib.

Qeyd edək ki, PSJ “Lill” klubundan qapıçı Lyuk Şevalyeni transfer edib. Parislilərin baş məşqçisi onu komandanın yeni əsas qapıçısı kimi görür. Bundan sonra Donnarumma fransız klubundan ayrıldığını açıqlayıb. Onun yeni klubu hələ bəlli deyil.

Namiq HUN

tag: PSJ,Luis Enrike,Qərar,Klub,Todaypress.tv,