“Neftçi” ukraynalı futbolçunu razı saldı

İdman

28.08.2025 15:20

Andrey Ştoqrin “Neftçi” klubunun təklifini qəbul edib. 

TodayPress TV xəbər verir ki, o, müəyyən təzminat qarşılığında 3 illik müqaviləyə xitam verməyə razılaşıb.

“Neftçi” rəhbərliyi son anadək 29 yaşlı vingerə kömək etməyə çalışıb. Onlar Premyer Liqa klubları ilə əlaqə saxlayaraq, futbolçunu icarəyə vermək istədiklərini bildiriblər. Paytaxt təmsilçisi hətta bu keçidin baş tutması üçün Ştoqrinin məvacibinin bir hissəsini ödəməyə hazırdır.

Qeyd edək ki, baş məşqçi Samir Abasovun etimadını doğrulda bilməyən futbolçu əsas heyətdəki yerini itirib. Yeni mövsüm üçün sifariş olunmayan ön xətt oyunçusu 17000 dollar əməkhaqqı alır.

Andrey Ştoqrinin adı Ukraynanın bəzi klubları ilə yanaşı hallansa da, o, müharibənin davam etdiyi ölkəsinə qayıtmaq istəmir. Xanımı Azərbaycanda özünü xoşbəxt sayır və Ştoqrindən burada qalmağı tələb edir.

(Sportinfo.az)

Namiq HUN

tag: Andrey Ştoqrin,Neftçi,Samir Abasov,Baş məşqçi,Todaypress.tv,