HMRC araşdırmaya başladı

İdman

28.05.2025 17:20

3

İngiltərə Premyer Liqasının 4 klubu vergidən yayınmaqda şübhəli bilinir. 

TodayPress TV “The Times”ə istinadən xəbər verir ki, Böyük Britaniyanın Gəlir və Gömrük İdarəsi (HMRC) vergidən yayınmaqda şübhəli bilinən 33 idman klubunun araşdırılmasına başlayıb. 

Siyahıda Premyer Liqa təmsilçilərindən “Çelsi”, “Fulhem”, “Nottinqem Forest” və “Brentford” klubları da var. 

HMRC klubların elm və texnologiya sahəsində, tədqiqat və inkişafı dəstəkləmək üçün nəzərdə tutulan qrantlarla bağlı müraciət sxemindən düzgün yararlanmadıqlarını iddia edir.

Qaydalara görə, qrant üçün elm və texnologiyada sıçrayış əldə etmiş və buna çalışan təşkilatlar müraciət edə bilər.   

Məlumata görə, 2019-cu ildən idman təşkilatları bu yolla dövlət büdcəsindən 17,4 milyon funt-sterlinq mənimsəyiblər. 

Çelsi” klubunun 2020-2024-cü illərdə vergi orqanından tədqiqat və inkişaf fəaliyyətləri üçün ödənişlər də daxil olmaqla təxminən 3 milyon funt sterlinq aldığı bildirilir.   “Nottinqem Forest”də 2021-2022-ci illərdə məbləğ 607 min, “Fulhem”də isə 2019-2024-cü illərdə 758 min funt-sterlinq təşkil edib.   

Bəzi klubların vergi güzəştləri üzrə ixtisaslaşmış konsaltinq firmalarının köməyi ilə fəaliyyət göstərdiyi bildirilir.   

Namiq HUN

tag: HMRC,Premyer,Liqa,Araşdırma,Todaypress.tv,