“İndiana Peysers” basketbolçusu polisə müqavimət göstərdi

İdman

21.10.2025 10:17

ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) “İndiana Peysers” klubunun müdafiəçisi Kem Cons İndiana ştatının Marion dairəsində saxlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Fox59 nəşri məlumat yayıb.

Bildirilir ki, ona yalnız ehtiyatsız sürücülük deyil, həm də polisə müqavimət göstərmək ittihamı irəli sürülüb.

Məhkəmə sənədlərinə əsasən, yol polisi 90 mil/saat (təxminən 145 km/saat) sürətlə hərəkət edən avtomobili müşahidə edib. Bundan başqa, sürücü dönmə siqnallarından istifadə etmədən tez-tez zolaq dəyişib və digər nəqliyyat vasitələrinə çox yaxınlaşıb.

Kem Cons hərəkətinə “İndiana” komandası ilə məşqə tələsdiyini əsas gətirib. O bildirib ki, sürət həddini aşdığını və polisin onu saxlamaq cəhdlərini fərq etmədiyini bilməyib.

Hadisə yerində araşdırma aparıldıqdan sonra basketbolçunun avtomobili evakuasiya olunub, özü isə saxlanılıb. Əgər o, polisə qarşı müqavimət göstərməkdə təqsirli bilinsə, 2,5 ilədək azadlıqdan məhrum edilə, həmçinin 10 min dollara qədər cərimələnə bilər.

Qeyd edək ki, 23 yaşlı basketbolçu 2025-ci il draftında “San-Antonio Spörs” tərəfindən götürülsə də, daha sonra “İndiana”ya transfer olunub və bu klubla dördillik müqavilə imzalayıb.

Namiq HUN

TodayPress TV

tag: ABŞ,Milli,Basketbol,İndiana,Todaypress.tv,