Bobrovski unikal rekorda imza atdı
İdman
07.06.2025 12:30
Rusiya millisinin və ABŞ Milli Hokkey Liqasının (NHL) təmsilçisi “Florida Panters” klubunun qapıçısı Sergey Bobrovski Stenli Kuboku final seriyalarında tarixə düşüb.
TodayPress TV xəbər verir ki, o, NHL tarixində ilk qapıçı olub ki, final seriyasının ilk iki matçında ardıcıl olaraq 40 və daha çox seyv edib.
Bobrovski Stenli Kubokunun finalında “Florida Panterz” və “Edmonton Oylerz” arasında keçirilən iki oyunun hər birində 42 seyv etməklə unikal göstəriciyə nail olub.
Komandalar arasında sonuncu oyun Edmontonda baş tutub və iki əlavə hissədən sonra “Florida”nın 5:4 hesablı qələbəsi ilə başa çatıb. Sergey matçda komandasını dəfələrlə qol vəziyyətlərindən qurtararaq qarşılaşmanın əsas qəhrəmanlardan biri olub. Bu qələbə ilə seriyadakı hesab bərabərləşib - 1:1.
Qeyd edək ki, Sergey Bobrovski Stenli Kuboku çərçivəsində ümumilikdə 58-ci qələbəsini qazanaraq NHL tarixində bu göstərici üzrə 18-ci pilləyə yüksəlib və Tuukku Rаskanı geridə qoyub.
Namiq HUN
tag: NHL ,Hokkey,Qapıçı,Bobrovski,Todaypress.tv,