"Herta"nın forması qaydalara uyğun gəlmir

"Herta"nın forması qaydalara uyğun gəlmir
03.08.2025 18:15 İdman

II Bundesliqanın başlamasına bir neçə gün qalmış Almaniya Futbol Liqası (DFL) "Herta" klubuna xoşagəlməz xəbər verib: komandanın 2025/26 mövsümü üçün nəzərdə tutulmuş əsas forması liqa standartlarına uyğun gəlmir və istifadəsi qadağan olunub.

TodayPress TV xəbər verir ki, "Castore" şirkəti tərəfindən hazırlanan və klubun rəsmi rənglərində olan formada əsas dizayn elementi isə zolaqlardır.

Məhz bu dizayn problemi yaradıb: liqanın qaydalarına görə, əgər formanın ön hissəsində zolaqlar varsa, arxa hissəsində də olmalıdır. "Castore" və "Herta" bu detalı nəzərə almayıblar.

İndi "Herta" əsas formanın dizaynını təcili dəyişməlidir, çünki ilk ev oyunu avqustun 10-a planlaşdırılıb.

Maraqlısı odur ki, "Castore" "Herta" üçün ilk dəfə forma hazırlayıb. Klub bundan əvvəl 25 il "Nike" ilə əməkdaşlıq edib. Məlumata görə, formaların keyfiyyəti ilə bağlı çoxsaylı şikayətlərdən sonra istehsalçı dəyişdirilib.

XƏBƏR LENTİ
31 MAY 2026
AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 Bütün Xəbərlər