Hemiltondan iddialı mesaj: “Məqsədim çempionluqdur!”
“Ferrari”nin 41 yaşlı britaniyalı pilotu, yeddiqat “Formula-1” dünya çempionu Lyuis Hemilton Niderland Qran-prisindən sonra İtaliya komandasında qarşısına qoyduğu əsas məqsədi açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “RacingNews365” nəşri məlumat yayıb.
Hemilton “Ferrari” ilə dünya çempionu olmağa çalışdığını bildirib.
“Mən burada qalib gəlmək üçün varam və həqiqətən inanıram ki, bu komanda qalib gələ bilər. Çempionluqlar qazanmaq üçün hər bir xalın hesabını aparmaq lazımdır. Məqsədim bu komandanı çempionluğa aparmağa çalışmaqdır”, – deyə Hemilton vurğulayıb.
Qeyd edək ki, Lyuis Hemilton 2025-ci ildən “Ferrari”nin heyətində çıxış edir. O, bu müddətdə 2025-ci ildə Çin Qran-prisinin sprint yarışında, 2026-cı ildə isə “Ferrari” ilə ilk dəfə Barselona-Kataloniya Qran-prisində qalib gəlib.
Namiq HUN