Hemilton “Ferrari” ilə müqaviləni uzadacaq

Hemilton “Ferrari” ilə müqaviləni uzadacaq
12.08.2025 16:07 İdman

Yeddiqat Formula-1 çempionu Lüis Hemiltonun “Ferrari” ilə müqaviləsi 2025 və 2026-cı illəri əhatə edir, həmçinin 2027-ci ilə qədər uzadılma imkanı var. 

TodayPress TV xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Bildirilir ki, Hemilton nəticələrdən və komandanın fikrindən asılı olmayaraq müqaviləni uzada bilər. “Ferrari” komandası hazırda britaniyalı pilotla əməkdaşlıqdan məmnundur.

Hazırda Hemilton pilotların ümumi sıralamasında 109 xalla 6-cı yerdə qərarlaşıb. Lider isə 284 xalla “McLaren”i təmsil edən avstraliyalı Oskar Piastridir.

Namiq HUN

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər