Hakimlərimiz Konfrans Liqasında ədaləti qoruyacaq

İdman

16.08.2025 09:00

FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA-dan yeni təyinat alıblar.

TodayPress TV xəbər verir ki, hər iki hakimimiz Konfrans Liqasında pley-off mərhəsinin oyunlarını idarə edəcək.

Əliyar Ağayev Slovakiyada Ukraynanın “Polesye” və İtaliyanın “Fiorentina” klubları arasında keçiriləcək ilk matçın baş hakimi olacaq. Ona bu işdə laysmanlar Zeynal Zeynalov və Akif Əmirli kömək edəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Elçin Məsiyev Sloveniyada “Selye” ilə Çexiyanın “Banik Ostrava” klubları arasında keçiriləcək matçı idarə edəcək. Onun köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbov olacaq. Matçın dördüncü hakimi funksiyasını isə Fərid Hacıyev yerinə yetirəcək. 

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 21-də keçiriləcək.

Namiq HUN

tag: UEFA,Hakim,Azərbaycan,Təyinat,Todaypress.tv,