“Bavariya” iki dünya rekordu qırdı
UEFA
16.06.2025 09:36
Klublararası dünya çempionatının ilk turunda Münhenin “Bavariya” klubu “Oklend Siti” üzərində 10:0 hesablı qələbə qazanaraq bir anda iki rekord müəyyənləşdirib.
TodayPress TV xəbər verir ki, alman nəhəngi cari uğuru ilə beynəlxalq rəsmi oyunlar tarixində nail olduğu böyük hesablı qələbəsini təkrarlayıb.
“Bavariya” eyni hesabla 1983/1984 mövsümündə Kiprin “Anartosis” klubunu UEFA Kuboku turnirində məğlub edib.
Eyni zamanda Sinsinati uğuru klublararası dünya çempionatları tarixində qeydə alınan ən böyükhesablı qələbədir. Əvvəlki rekord 2022-ci ildə “Əl-Hilal” klubuna məxsus idi. Ər-Riyad təmsilçisi “Əl-Cəzira” üzərində 6:1 hesablı qələbə qazanmışdı.
Qeyd edək ki, 2025-ci ildə turnir yeni formatda keçirilir və final mərhələsində 32 komanda mübarizə aparır.
Namiq HUN
tag: Bavariya,UEFA,Klub,Rekord,Todaypress.tv,