Güləşçilərimizdən İranda daha 3 medal

İdman

17.05.2025 11:46

5

İranda keçirilən sərbəst güləş üzrə “Necad Haşimi kuboku” turniri başa çatıb.   

TodayPress TV xəbər verir ki, sonuncu yarış günündə Azərbaycanın U-20 milli komandasının daha 3 üzvü fəxri kürsüyə qalxıb. 

 Anar Cəfərli (92 kq) və Yusif Dursunov (125 kq) Behşehr turnirinin gümüş, Nurlan Ağazadə (70 kq) isə bürünc medalını qazanıb. 

Millimiz turnirdə komanda hesabında İran və Hindistandan sonra üçüncü yeri tutub. 

Qeyd edək ki, ilk yarış günündə Omar Gülməmmədov (74 kq) gümüş, Sədrəddin Həsənov (57 kq) isə bürünc medala sahib çıxmışdı.   

Namiq HUN

tag: İran,Güləş,Turnir,Medal,TodayPress.tv,

photo
photo