Daha 6 mili komanda mundiala vəsiqə qazandı

İdman

15.10.2025 09:20

2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə daha 6 ölkənin milli komandası adını yazdırıb.

TodayPress TV QOL.az nəşrinə istinadən xəbər verir ki, seçmə mərhələnin növbəti qarşılaşmalarından sonra Cənubi Afrika Respublikası, Qətər, İngiltərə, Səudiyyə Ərəbistanı, Fil Dişi Sahili və Seneqal mundialda yarışmaq hüququ əldə edib.

Nəticədə ilk dəfə 48 ölkənin iştirakı ilə keçiriləcək yarışda artıq 28 milli komanda iştirak imkanı qazanıb.


1. Kanada - ev sahibi ölkə

2. Meksika - ev sahibi ölkə

3. ABŞ - ev sahibi ölkə

4. Yaponiya - Asiyada C qrupunun qalibi

5. Yeni Zelandiya - Okeaniyada üçüncü mərhələnin qalibi

6. İran - Asiyada A qrupunun qalibi

7. Argentina - Cənubi Amerikada seçmə mərhələnin qalibi

8. Özbəkistan - Asiyada A qrupunun ikincisi

9. Cənubi Koreya - Asiyada B qrupunun qalibi

10. İordaniya - Asiyada B qrupunun ikincisi

11. Avstraliya - Asiyada C qrupunun ikincisi

12. Braziliya - Cənubi Amerikada ilk “altılıq”da yerini təmin edib

13. Ekvador - Cənubi Amerikada ilk “altılıq”da yerini təmin edib

14. Uruqvay - Cənubi Amerikada ilk “altılıq”da yerini təmin edib

15. Kolumbiya - Cənubi Amerikada ilk “altılıq”da yerini təmin edib

16. Paraqvay - Cənubi Amerikada ilk “altılıq”da yerini təmin edib

17. Mərakeş - Afrikada E qrupunun qalibi

18. Tunis - Afrikada H qrupunun qalibi

19. Misir - Afrikada A qrupunun qalibi

20. Əlcəzair - Afrikada G qrupunun qalibi

21. Qana - Afrikada I qrupunun qalibi

22. Kabo-Verde - Afrikada D qrupunun qalibi

23. Cənubi Afrika Respublikası - Afrikada C qrupunun qalibi

24. Qətər - Asiyada dördüncü mərhələnin A qrupunun qalibi

25. İngiltərə - Avropada K qrupunun qalibi

26. Səudiyyə Ərəbistanı - Asiyada dördüncü mərhələnin B qrupunun qalibi

27. Fil Dişi Sahili - Afrikada F qrupunun qalibi

28. Seneqal - Afrikada B qrupunun qalibi


Namiq HUN

TodayPress TV

tag: Mundial,ABŞ,Meksika,Futbol,Todaypress.tv,