Futbolçular üçün azı 21 günlük məzuniyyət dövrü təmin ediləcək

İdman

14.07.2025 04:00

FIFA və futbolçuların beynəlxalq həmkarlar ittifaqları razılığa gəliblər.

TodayPress TV xəbər verir ki, mövsüm başa çatdıqdan sonra futbolçular üçün məzuniyyətin tətbiq edilməsi məcburi olacaq.

"Yahoo Sports" FIFA-nın bəyanatından sitat gətirib: 

"Hamı razıdır ki, oyunlar arasında ən azı 72 saatlıq istirahət olmalı və hər mövsümün sonunda futbolçular üçün azı 21 gün davam edən məzuniyyət dövrü təmin edilməlidir".

2024-cü ilin yayında Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro), eləcə də İngiltərə və Fransanın futbolçu ittifaqları FIFA-ya qarşı məhkəmə iddiası qaldırıblar. Onlar təşkilatı dünya çempionatında iştirakçıların sayını artırmaq və klub dünya çempionatının formatını dəyişmək səbəbilə yarış təqviminin həddən artıq yüklənməsində ittiham ediblər.

(İdman.biz)

tag: FIFA,İdman,Futbol,Futbolçular,TodayPress TV,