Misli Premyer Liqasında IX turun oyunları tamamlanır
İdman
26.10.2025 10:00
Bu gün Misli Premyer Liqasında IX tura yekun vurulacaq.
TodayPress TV xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçiriləcək.
Saat 16:00-da Qəbələ şəhər stadionunda "Qəbələ" öz meydanında "Neftçi" ilə üz-üzə gələcək. Hazırda 5 xalla 10-cu pillədə qərarlaşan "Qəbələ", 9 xala malik və turnir cədvəlində 9-cu yerdə olan "Neftçi"ni qəbul edəcək.
Turun ikinci matçı saat 18:30-da "Azərsun Arena"da baş tutacaq. Burada "Qarabağ" evdə "Şamaxı" ilə qarşılaşacaq. Turnir cədvəlində 16 xalla 2-ci yerdə olan "Qarabağ", 8-ci pillədə qərarlaşan və 9 xalı olan "Şamaxı"nı qəbul edəcək.
Daha əvvəl turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
• Turan Tovuz – Karvan-Yevlax 2:1
• İmişli – Kəpəz 3:0
• Zirə – Sumqayıt 1:0
• Araz-Naxçıvan – Sabah 2:2
Oyunların hakimləri və digər rəsmi şəxsləri AFFA tərəfindən təyin olunub.
TodayPress TV
tag: Misli Premyer Liqası, IX tur,
 
        
 
                                ![Əliyar Ağayev [[Rusiya millisinin oyununa]] təyinat aldı](/uploads/news/68419e2da4846.webp) 
                                            ![[[Minifutbol millimiz İngiltərəyə]] qalib gələrək yarımfinala yüksəldi](/uploads/news/6838a1f387ef9.webp) 
                                            ![[[Niko Uilyams]] qərar verdi](/uploads/news/684d2c7a41b69.webp) 
                                            ![Millimiz Skopyedə [[ikincidir]]](/uploads/news/685fae431ed7d.webp) 
                                            ![[[MDB Oyunları:]] Taekvondoçularımız günü 3 qızıl medalla başa vurdular](/uploads/news/68da99c1b712b.webp) 
                                            ![Amerikalı əfsanə [[Luka Donçiçə]] məsləhət verdi](/uploads/news/684faec5f2576.webp) 
                                             
                                            ![Cüdoçumuz dünya çempionatında [[bürünc medal]] qazandı](/uploads/news/68e35bfc7564f.webp) 
                                            ![“Qəbələ” [[Kaxaber Sxadadzeni]] istefaya göndərəcək?](/uploads/news/68e5080abe258.webp) 
                                            ![“Milan” [[hücumçusu ilə]] vidalaşdı](/uploads/news/68a71ac9e9259.webp) 
                                            