Futbol üzrə Azərbaycan millisinin MDB Oyunları üçün heyəti açıqlandı
İdman
21.09.2025 20:10
Futbol üzrə Azərbaycan millisinin MDB Oyunları üçün heyəti açıqlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə AFFA-dan bildirilib.
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabrın 22-dən 24-dək Bakıda təlim-məşq toplanışında olacaq, sentyabrın 25-dən oktyabrın 5-dək isə MDB Oyunları ilə əlaqədar Qəbələdə beynəlxalq turnirdə iştirak edəcək.
Komandanın heyətinə bu futbolçular cəlb olunub: Bilal Hacıyev, Uğur Qurbanlı, Roman Fərzəli, Vaqif Nəbiyev, Əhəd Hacızadə, Tunar Bayramov, Arda Əzizli, Yusif Orucəliyev, Daniil Rəcəbov, Mehdi Hüseyn, Əli Bəşirov (hamısı “Qarabağ”), Kamal Camalzadə, Ruslan Quliyev, Şikar Şikar, Qaffar Babayev (hamısı “Neftçi”), Cəfər Cəfərzadə, Nihat Hüseynzadə, Vaqif Məmmədli, Firdovsi Şeydayev, Ruslan Əbilov, Xəzər Hüseynzadə (hamısı “Sabah”), Raul Paşayev (“Zirə”), Nicat Əhmədzadə (“Marcet”, İspaniya).
tag: Futbol ,Azərbaycan ,Azərbaycan millisi, MDB Oyunları,Todaypress.tv,