“Formula-1” tarixində misilsiz xal göstəricisi
İdman
20.10.2025 16:35
Yeddiqat dünya çempionu və “Ferrari”nin pilotu, britaniyalı Lyuis Hemilton “Formula-1” karyerasında 5000 xal həddini keçən ilk sürücü olub.
TodayPress TV xəbər verir ki, o, göstəriciyə 17–19 oktyabr tarixlərində Ostində keçirilən ABŞ Qran-prisində əldə edib.
Həmin yarışda dördüncü yeri tutan Hemilton 5004,5 xalla siyahıda birincidir. Onu Maks Ferstappen və Sebastyan Fettel izləyirlər.
“Formula-1” tarixində ən çox xal toplayan pilotların siyahısı:
1. Lyuis Hemilton (Böyük Britaniya) — 5004,5 xal
2. Maks Ferstappen (Niderland) — 3329,5 xal
3. Sebastyan Fettel (Almaniya) — 3098 xal
4. Fernando Alonso (İspaniya) — 2374 xal
5. Kimi Raykkonen (Finlandiya) — 1873 xal
6. Valteri Bottas (Finlandiya) — 1797 xal
7. Serxio Peres (Meksika) — 1638 xal
8. Şarl Lekler (Monako) — 1622 xal
9. Niko Rosberq (Almaniya) — 1594,5 xal
Namiq HUN
tag: Luis Həmilton,Ferrari,Yarış,Rekord,Todaypress.tv,
