"Formula 1" Azərbaycan Qran Prisinin qalibi müəyyənləşəcək
İdman
21.09.2025 09:10
21 sentyabr "Formula 1" Azərbaycan Qran Prisinin qalibi müəyyənləşəcək.
TodayPress TV xəbər verir ki, Azərbaycan mərhələsinin sonuncu günündə əvvəlcə "Formula 2", daha sonra "Formula 1" üzrə əsas yarış start götürəcək.
"Formula 1"də sıralama mərhələsinin yekunlarına əsasən, ən yaxşı nəticəyə “Red Bull”un sürücüsü Maks Ferstappen imza atıb. "Uilyams"da çıxış edən Karlos Sayns ikinci, "Reysinq Bulls"dan Liam Louson üçüncü yeri tutub.
"Formula 2" üzrə sprint yarışında isveçli Dino Beqanoviç (“TGR”) birinci, britaniyalı Luke Brouninq (“TGR”) ikinci, irlandiyalı Aleks Dunne (“Rodin”) üçüncü yeri tutub.
Əsas yarışlar müvafiq olaraq, "Formula 2" üzrə saat 11:00, "Formula 1" üzrə saat 15:00-da start götürəcək.
tag: Formula 1,Azərbaycan,Qran Pri,Final,Todaypress.tv,