Mariya Şarapova xatirə üzüyü ilə təltif olundu

İdman

26.08.2025 09:57

Tennis üzrə US Open turnirinin mərkəzi kortunda xüsusi mərasim keçirilib. 

TodayPress TV xəbər verir ki, beşqat “Böyük Dəbilqə” qalibi, rusiyalı məşhur tennisçi Mariya Şarapova Zəfər Zalının üzüyü ilə təltif olunub. 

Ona bu rəmzi mükafatı keçmiş dünya birincisi Kim Kleysters təqdim edib.

Mərasim Şarapovanın bir həftə əvvəl Tennis Şöhrət Zalına daxil edilməsinin davamı kimi təşkil olunub. US Open üzüyü turnir qaliblərinin tanınmasının ənənəvi simvolu hesab edilir.

Qeyd edək ki, 38 yaşlı Mariya Şarapova hazırda Rusiyanın ən titullu tennisçisi sayılır. 

Xatırladaq ki, Şarapova, peşəkar karyerası ərzində ümumilikdə Dünya Tennis Assosiasiyasının (WTA) 39 titulunu qazanıb. Bunlardan 36-sı fərdi, 3-ü isə cütlük yarışlarında əldə olunub. Onların arasında beş “Böyük Dəbilqə” kuboku və 2004-cü ildə fərdi yarışda əldə etdiyi WTA Final turnirinin qalibiyyəti də var.

Namiq HUN

tag: Mariya Şarapova,Üzük,Xatirə,Təltif,Todaypress.tv,