Flik Yamal məsələsinə nöqtə qoydu
İdman
17.10.2025 18:27
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik hücumçu Lamin Yamalın “PSJ” ilə Çempionlar Liqası oyunundan əvvəl məşqə gecikməsi barədə jurnalistin sualına sərt reaksiya verib.
TodayPress TV xəbər verir ki, məşqçi bu iddiaları “tam cəfəngiyyat” adlandırıb.
Bildirilib ki, Flik Yamalı start heyətinə yalnız klub rəhbərliyinin, xüsusən də idman direktoru Dekunun təkidi ilə daxil edib. Halbuki alman mütəxəssis gecikən oyunçuları əsas heyətdə meydana buraxmamaq prinsipinə sadiqdir.
Flik bu iddiaları kəskin təkzib edib:
“Mən soruşmaq istəyirəm, siz bu məlumatı haradan almısınız? Üzr istəyirəm, amma bu tam cəfəngiyyatdır. Belə bir şey olmayıb. Mən Dekoya və klub rəhbərliyinə güvənirəm. Bizim aramızda qarşılıqlı etimad var, onlar məndən belə bir şey istəməzlər. Kim belə yazırsa, yalan danışır,” - deyə Flik mətbuat konfransında bildirib.
Xatırladaq ki, Çempionlar Liqasının 2-ci turunda keçirilən “Barselona” - “PSJ” oyunu 1:2 hesabı ilə başa çatmışdı.
Namiq HUN
tag: Flik ,Yamal,Hans-Diter Flik ,PSJ,Todaypress.tv,
