Flik Alonsonun təyinatına münasibət bildirdi
“Barselona” klubunun baş məşqçisi Hans-Diter Flik, Xabi Alonsonun 2025/26 mövsümündən etibarən “Real Madrid”ə baş məşqçi təyin olunmasına münasibət bildirib.
TodayPress TV “Yahoo Sports”a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis ispaniyalı həmkarının bu vəzifəyə gətirilməsini təəccüblü saymayıb.
“Onu Madriddə görmək təəccüblü deyil. Mən onu tanıyıram, futbol fəlsəfəsinə bələdəm. Almaniyada qazandığı uğurları gördük. Xüsusilə “Bayer Leverkuzen”də çox yüksək səviyyədə işlədi, bir çox futbolçunun oyununu inkişaf etdirdi. Onu burada görmək xoşdur” deyə Flik bildirib.
Qeyd edək ki, “Real Madrid” mayın 25-də Xabi Alonsonun baş məşqçi təyin olunduğunu rəsmi şəkildə açıqlayıb.
İspan mütəxəssisin klubla müqaviləsi 30 iyun 2028-ci ilə qədər nəzərdə tutulub. O, vəzifəsinin icrasına iyunun 1-dən başlayacaq.
Namiq HUN
tag: Hans-Diter Flik,Barselona,Futbol,Məşqçi,Todaypress.tv,