“Milan” axtardığını tapdı

İdman

30.05.2025 14:30

“Milan” klubu Massimiliano Alleqrinin baş məşqçi vəzifəsinə təyin olunduğunu rəsmi olaraq elan edib. 

TodayPress TV xəbər verir ki, klubun rəsmi saytında yer alan məlumatda Alleqri və onun məşqçilər heyətinə xoş gəlmisiniz mesajı ünvanlanıb və onlara uğurlar arzulanıb.

Məlumata görə, Alleqri ilə iki illik müqavilə imzalanıb. İtaliyalı mütəxəssisin illik maaşı 5 milyon avro təşkil edə bilər, müqavilədə əlavə bonuslar da nəzərdə tutulur.

Qeyd edək ki, Massimiliano Alleqri daha əvvəl 2010–2014-cü illər arasında “Milan”ın baş məşqçisi olub. Onun rəhbərliyi altında klub 2010/2011 mövsümündə A Seriyasını qazanıb. Klub həmçinin İtaliya Superkubokuna da sahib olub. 

Xatırladaq ki, 57 yaşlı mütəxəssisin sonuncu klubu 2021–2024-cü illərdə çalışdığı “Yuventus” olub.

Namiq HUN

tag: Milan,Klub,Baş Məşqçi,Müqavilə,Todaypress.tv,