FIFA CBF-yə bildiriş göndərdi

İdman

30.05.2025 09:17

FIFA, italiyalı baş məşqçi Karlo Ançelottinin Braziliya millisinin sükanı arxasına gətirilməsi ilə bağlı mümkün qayda pozuntusunu araşdırmaq məqsədilə Braziliya Futbol Konfederasiyasına (CBF) bildiriş göndərib. 

TodayPress TV xəbər verir ki, bu barədə Ge.Globo məlumat yayıb.

Araşdırmaya səbəb, agent Dieqo Fernandesə nəzərdə tutulan 1,2 milyon avro məbləğində komissiya ödənişi ilə bağlıdır. FİFA rəsmiləri son günlər ərzində Ançelottini Braziliyaya qədər müşayiət edən Dieqo Fernandesin bu prosesdəki rolundan şübhələnirlər.

FIFA CBF-dən Dieqo Fernandesin müqavilənin imzalanmasındakı rolunu əks etdirən ümumi mövqe açıqlamasını tələb edib.

FIFA həmçinin, müqavilə ilə bağlı, xüsusilə də Dieqo Fernandesə dair yazışmalar, anlaşma çərçivəsində həyata keçirilmiş ödənişlərin surətləri və CBF ilə agent arasında bağlanmış hər hansı razılaşmalarla da tanış olmaq istəyir. 

Xatırladaq ki, Karlo Ançelottinin Braziliya millisinin baş məşqçisi olacağı xəbəri uzun müddətdir gündəmdə idi. O, artıq rəsmi olaraq komandaya təqdim olunub.

Namiq HUN

tag: FİFA,CBF,Karlo Ançelotti,Futbol,todaypress.tv,