Ferqyuson: “Messi 1950-ci illərdə də indiki kimi parlayardı”

İdman

16.08.2025 10:06

“Mançester Yunayted” klubunun sabiq baş məşqçisi, futbolun canlı əfsanəsi Ser Aleks Ferqyuson Lionel Messinin oyun tərzinə dair maraqlı fikirlər səsləndirib.

TodayPress TV xəbər verir ki, o hesab edir ki, səkkizqat “Qızıl top” sahibi, ötən əsrin ortalarında da eyni səviyyədə oynaya bilərdi:

“Əgər Messi 1950-ci illərdə futbol oynasaydı, bugünkü kimi parlayardı. Eyni sözləri Di Stefano, Pele, Maradona, Kruiff barədə də demək olar. Onların hamısı möhtəşəm futbolçulardır. Lionel Mesi də bu kateqoriyaya aiddir”, – deyə Ferqyuson bildirib.

Xatırladaq ki, hazırda Messi zədədən bərpa olunur. Ulduz futbolçunun yaxın günlərdə MLS çərçivəsində “İnter Mayami”nin evdə “Los-Anceles Qelaksi” klubu ilə oyununda meydana çıxacağı bildirilir. 

Namiq HUN

tag: Aleks Ferqyuson,Messi,Oyun,Futbol,Todaypress.tv,