Federer hələ də güclüdür! Məşqçidən əfsanə barədə möhtəşəm sözlər
İtaliyalı sabiq tennisçi Fabio Fonyini 20 qat “Böyük dəbilqə” çempionu Rocer Federerin hazırkı forması ilə bağlı Lorenzo Musettinin məşqçisi Simone Tartarininin fikirlərini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Sky Sport Italia” məlumat yayıb.
“Musettİ ilə hələ danışmamışam, amma Simone Tartarini dünənki məşqdən bir neçə videonu mənə göndərib. Onun fikrincə, Federer ayrı-ayrı bir matçda hələ də dünyanın ilk “100-lüyündə” yer alan ən azı 80 tennisçini məğlub edə bilər. Turun səviyyəsi aşağı düşüb”, – deyə Fonyini bildirib.
Karyerasını 2022-ci ildə başa vuran Federer “Fan Həftəsi” çərçivəsində Artur Eş stadionunda iki nümayiş matçında iştirak edib.
İsveçrəli tennisçi əvvəlcə Endi Roddiklə bir set oynayıb və 6:3 hesabı ilə qalib gəlib. Daha sonra Con Makinroy ilə cütlük təşkil edən Federer Andre Aqassi və Roddikdən ibarət dueti 7:5 hesabı ilə məğlub edib.
Namiq HUN